Lukaşenkonun iqamətgahının olduğu yerə zirehli texnika yeridildi – VİDEO


Belarusun paytaxtı Minskə zirehli texnika yeridildi.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Belarus müxalifəti Minsk mərkəzində və digər şəhərlərdə icazəsiz etiraz aksiyası keçirməyi planlaşdırır. Bu səbəblə Lukaşenkonun iqamətgahı olan əraziyə zirehli texnika yeridilib. Belarus Daxili İşlər Nazirliyi isə vətəndaşlara icazəsiz mitinqə qoşulmamaları üçün çağırış edib.
Qeyd edə ki, dünən Minskdə keçirilən etiraz aksiyasında 415 nəfər saxlanılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top