Biləsuvarda ağır yol qəzası - 2 nəfər dünyasını dəyişdi


Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Biləsuvar sakini Ağayev Kamal Mehdi oğlu idarə etdiyi "Niva" markalı minik avtomobilini aşırması nəticəsində sərnişini ilə hadisə yerində dünyalarını dəyişib.

Xanım sərnişinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

DİGƏR XƏBƏRLƏR

Top