11 yaşlı filippinli qızın qələbəsi hər kəsi duyğulandırdı


Flippinli qız qalibiyyəti ilə gündəm olub.
Yeniavaz.com
 "shape.com" saytına istinadən xəbər verir ki, 11 yaşlı Rea Bullos adlı filippinli qız iştirak etdiyi yarışma üçün idman ayaqqabıları almağa imkanı olmayıb.
O yarışda iştirak etmək üçün ayaqlarını tibbi yapışqan sarğı ilə sarıyıb.
Hətta ayağındakı sarğıya xəyal etdiyi markanın loqosunu da çəkib. Sonda isə əzmin zəfəri deyə biləcəyimiz bir hadisə yaşanıb.
11 yaşlı Rea Bullos 400, 800 və 1500 metrlik yarışların üçündə də birinci oldu və 3 qızıl medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top