Tramp peyvəndlərin pulsuz paylanacağı ilə bağlı vəd verdi


ABŞ prezidenti Donald Tramp 2021-ci ilin aprel ayına qədər Covid-19 peyvəndinin hər bir amerikalıya çatdırılacağını deyib. 
Yeniavaz.com
"İHA" ya istinadən xəbər verir ki, Tramp, peyvəndin 1 ay ərzində yüksək risk qrupuna daxil olan insanlara paylana biləcəyini bildirib. 
Prezident ötən çıxışında peyvəndlərin pulsuz paylanacağını vəd edib. Son çıxışında isə ilin sonuna kimi ən az 100 milyon doza peyvənd istehsal ediləcəyini vurğulayaraq, aprelin sonuna kimi kifayət qədər doza sahib olacaqlarını deyib. 
Qeyd edək ki, "Hoover" İnstitutunun baş elmi işçisi və Trampın Koronavirus İşi üzrə Qrup müşaviri Skott Atlas, bu ilin sonunadək 100 milyon doza, 2021-ci ilin birinci rübündə isə təxminən 700 milyon doza peyvənd veriləcəyini söyləmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top