Kürəkənini bıçaqlayan qayınata saxlanıldı


Samuxda kürəkənini bıçaqlayan şəxs saxlanılıb.
Həmin şəxs Qovlarsarı kənd sakini 1973-cü il təvəllüdlü Ələkbərov Rəfaeldır.
Məlumata görə, hadisə  onlar  arasında yaranan mübahisədən sonra baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü Həsənov Vüqar sərxoş vəziyyətdə qayınatasıgilə gəlib.
Bu zaman onların arasında söz-söhbət olub. Nəticədə Rəfael Ələkbərov kürəkəninə 2 bıçaq zərbəsi vurub.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top