Yunanıstan, Türkiyə ilə sərhədə nəhəng xaçlı dirək yerləşdirib.
Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, xaç, Yunanıstan və Türkiyə arasında sərhəd bölgəsi olan Yeni Bosniya (Nea Vissa) kəndində, Meriç çayının ətrafında qurulub.
Xaç, yunanlar tərəfindən Türkiyədən rahat şəkildə görülə biləcək qədər işıqlandırılıb. Keşişlər, “türklər bu xaçı görəndə həmişə bizi xatırlayacaq” deyə bildiriblər.