Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq


Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Yeniavaz.com xəbərt verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Onun sözlərinə görə, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib:

"İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə bu gün saat 16:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq".

Həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də bu gün baxılacaq.

DİGƏR XƏBƏRLƏR

Top