NATO Fransanın Türkiyə ilə bağlı şikayətinin nəticəsi barədə açıqlama yayıb.
Yeniavaz.com “NTV”yə istinadla xəbər verir ki, NATO Fransanın şikayətinin araşdırıldığını, sənədlərin tamamlandığını ancaq, nəticə barədə məlumat verilməyəcəyini açıqlayıb. Bu səbəblə, Fransanın Türkiyə barədə etdiyi şikayətin nəticəsiz qaldığı deyilib.
Qeyd edək ki, bir neçə ay əvvəl Fransa Aralıq dənizində Türkiyəyə aid gəmilərdə yoxlama aparmaq istəyərkən Türk donanmasının döyüş vəziyyətinə gətirildiyini və Fransa gəmilərinə kilidləndiyini bildirmişdi. Bu səbəblə Türkiyə NATO-ya şikayət edilmişdi.