AMEA tender elanını sənəd qəbulu başa çatandan sonra açıqlayıb? – FOTOFAKT


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  İşlər İdarəsi 2020-ci ildə cari ilin son dörd ayı üçün mühafizə xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib.
Yeniavaz.com
xəbər verir ki, AMEA İşlər İdarəsinin kotirovka sorğusu barədə elanı “Xalq qəzeti”nin rəsmi veb səhifəsinə bu gün – 18.09.2020-ci il tarixində saat 00:18-də yerləşdirilib.
Tender elanında kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlərin imzalanıb möhürlənmiş kotirovka təkliflərini 17 sentyabr 2020-ci il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etmələri qeyd olunub.
Bildirilib ki, göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Maraqlıdır ki, 17.09.2020-ci il saat 12.00-da başa çatan müsabiqə elanı 18.09.2020-ci il  saat 00:18-də açıqlanıb.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top