​"Kosovo Trampa "Azadlıq Ordeni" verəcək"


Kosovonun ABŞ prezidenti Donalda Trampa "Azadlıq Ordeni" verəcəyi iddia edilir.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, ordenin Trampa, Kosovo ilə Serbiya arasında iqtisadi əlaqələrin yaxşılaşdırılması müqaviləsini dəstəkələdiyi üçün veriləcəyi deyilir.
ABŞ mətbuatında Kosovo prezidenti Haşim Taçinin Trampa məktub göndərməsilə bağlı məlumat yayılıb. Məktubda Taçi, ABŞ prezidentinə müqaviləyə verdiyi dəstəyə görə təşəkkür edib. Hətta burada Trampın "Azadlıq Ordeni" ilə təltif ediləcəyinin də qeyd olunduğu iddia edilib. Taçinin sözügedən məktub vasitəsilə ABŞ prezidentini ölkəsinə dəvət etdiyi deyilir.
Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp, 4 sentyabrda, Ağ Evdə Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Avdullah Hotini qonaq kimi qəbul edib. Həmin görüşdə onun iki ölkə arasında iqtisadi normallaşma müqaviləsinin imzalanmasını dəstəkləyib.

DİGƏR XƏBƏRLƏR

Top