Dünyada koronavirusdan ölənlərin sayı 1 milyona yaxınlaşdı


Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, dünyada COVİD-19-dan ölənlərin sayı 950 min 635-ə çatıb. Yoluxanların sayı isə 30 milyon 358 min 87 nəfər olub.
22 milyon 46 min 417 nəfər isə müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünyada yoluxma halına görə ilk sırada hələ də ABŞ dayanır. Həmin ölkədə bu günə qədər 6 milyon 874 min 596 nəfər koronavirusa yoluxub, 202 min 213 nəfər isə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top