Baş nazir: Gürcüstanda sərt karantin rejimi tətbiq edilməyəcək


Gürcüstanda koronavirusa yoluxma hallarında artım olmasına baxmayaraq, hökumət ölkə ərazisində ciddi karantin rejimi və digər sərt məhdudiyyətlər tətbiq etməyəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria söyləyib.

Baş Nazir deyib: “Pandemiya ilə əlaqədar bəzi lokal məhdudiyyətlər ola bilər. Lakin sərt və sistemli məhdudiyyətlər olmayacaq.

Hazırda bizim üçün əsas prioritet iqtisadiyyatın sürətli bərpası və vətəndaşların sağlamlığını qorumaqdır. Biz epidemioloqlarla birlikdə virusun yayılmasının qarşısını almaq və iqtisadiyyatı inkişaf etdirmək istiqamətində çalışacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top