“Nutella” məhsullarının halal olmadığını dedi sonra təkzib etdi - FOTOFAKT


“Twitter”də istifadəçilərdən biri “Nutella”nın halal olub-olmaması ilə bağlı sual verdi, şirkətin cavabı sual səs-küyə səbəb oldu.
Yeniavaz.com
xəbər verir ki, “Nutella”ya məxsus  “twitter”hesabında bir izləyici  məşhur italyan markasına “məhsullarınız halaldırmı?” sualını ünvanlayıb. Firma bu suala “Xeyr, halal deyil” deyə cavab verib. Bu cavabdan sonra şirkət sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid edilib. Bunu görən şirkət, yeni bir açıqlama verməyə məcbur olub. Onlar əvvəl verilən cavabı səhv kimi qiymətləndirərək, üzr istəyib:
“Bütün dünyada satılan “Nutella” məhsulları halal istehlak üçün uygundur. “Nutella” istehsal edən sənaye müəssisələrinin 90 faizdən çoxu artıq halallıq sertifikatına sahibdir və geri qalan firmları da sertifikatlaşdırırıq. Ötən tvitimizdə buraxılmış səhv üçün üzr istəyirik”.​

 

DİGƏR XƏBƏRLƏR

Top