67 yaşlı qonşusunu döyən türkiyəli müğənni həbs edildi - YENİLƏNİB - VİDEO



Yaşlı şəxsi döyən Halil Sezai həbs edilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün prokurorluğa çağrılan türkiyəli müğənni, həbs edilməsi üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, Halil Sezai film çəkilişləri üçün kirayə götürdüyü villada 67 yaşlı qonşusu ilə mübahisə etdikdən sonra onu sərt şəkildə döyüb. Həmin anlar təhülkəsizlik kameraları tərəfindən qeyd edilib.

*15:11
Tanınmış türkiyəli müğənni Halil Sezainin 67 yaşlı qonşusunu döydüyü ana aid yeni görüntülər paylaşılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Halil Sezai film çəkilişləri üçün kirayə götürdüyü villada 67 yaşlı qonşusuna güc tətbiq etməsinə dair yeni görüntülər ortaya çıxıb. Görüntülərdə müğənninin yaşlı adamı sərt şəkildə döydüyü görülür.
Qeyd edək ki, Halil Sezai baş verən hadisə ilə bağlı məhkəməyə çağrılıb. Polis nəzarətində gətirilən müğənninin əli sarğılı olub.

DİGƏR XƏBƏRLƏR

Top