Avropa Parlamenti Aİ-ni Rusiyaya qarşı sanskiya tətbiq etməyə çağırdı


Avropa Parlamentinin Brüsseldə keçirilən yeni iclasında Belarusdakı gərginlik müzakirə edilib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Avropa Parlamentinin Brüsseldə keçirilən yeni iclasında Belarusdakı iğtişaşlar və Rusiyanın müdaxilə məsələsi müzakirə edilib. İclasdan sonra Belarusla bağlı hazırlanan qətnamədə Avropa İttifaqına çağırış edilib:
“Aİ mümkün olduğu qədər Aleksandr Lukaşenkoya qarşı tədbirlər görməlidir. Bundan əlavə Belarus prezidentinə dəstək olan Rusiyaya qarşı da sanksiyaların tətbiq edilməsinə başlanılmalıdır. Rəsmi Minskin mövcud bütün kanallar vasitəsilə maliyyələşdirilməsinə mane olunmalıdır”.
Qeyd edək ki, Avropa Parlamenti tərəfindən hazırlanan qətnamədə Belarusa qarşı müxtəlif cür sanksiyaların tətbiqi təklif edilib.

DİGƏR XƏBƏRLƏR

Top