ABŞ-da bu tarixdən etibarən koronavirus peyvəndinin kütləvi istifadəsinə başlanılacaq


ABŞ prezidenti Donald Tramp yeni hazırlanan COVİD-19-a qarşı peyvənd barədə məlumat verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Tramp Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. ABŞ prezidenti çıxışı zamanı yeni növ koronavirusa qarşı peyvəndin sınaqlarının davam etdiyini bildirib:
“Peyvəndin tam təhlükəsiz olduğu ortaya çıxar-çıxmaz kütləvi istifadə üçün addımlar atılacaq. Böyük ehtimalla oktyabr ayının ortalarında peyvəndi paylamağa başlayacağıq”.
Qeyd edək ki, ABŞ-da bu günə qədər 201 min 348 nəfər koronavirusdan ölüb, 6 milyon 828 min 301 nəfər isə həmin virusa yoluxub.

DİGƏR XƏBƏRLƏR

Top