İsraildə məktəblər sabahdan etibarən bağlanır


İsraildə sabahdan etibarən məktəblər bağlanır.
Yeniavaz.com
“jpost.com”a istinadla xəbər verir ki, İsraildə yeni növ koronavirus pandemiyasının sürətlə artması səbəbilə məktəblər sabahdan etibarən bağlanır. Bu barədə təklif İsrailin Səhiyyə Nazirliyindən gəlib. Nazirlik rəsmisi Ronni Qamzu “tövsiyəni qəbul etməyinizi və məktəblərin sabah açılmasına icazə verməməyinizi xahiş edirəm" deyə bildirib.
Qeyd edək ki, İsraildə son sutka ərzində 2 min 392 nəfər koronavirusa yoluxub. Nəticədə yoluxanların ümumi sayı 166 min 794-ə çatıb. İsraildə bu günə qədər 1147 nəfər koronavirusdan dünyasını dəyişib.
 

DİGƏR XƏBƏRLƏR

Top