Belarusda saxlanılan müxalifətçi Maria Kolesnikovanın məhkəməsi olub.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Belarus İstintaq Komitəsindən verilən məlumata görə, Kolesnikova Belarusun milli təhlükəsizliyinə zərər verməyə yönəlmiş işlər görməkdə, mediada və internetdə insanları iğtişaşlara çağırmaqda ittiham edilir.
İstintaq orqanları tərəfindən yayımlanan məlumatda məhkəmənin davam etdiyi və Kolesnikovanın 2 ildən 5 ilədək həbs edilə biləcəyi deyilib.
Qeyd edək ki, belaruslu müxalifətçi Maria Kolesnikova Ukraynaya qaçarkən sərhəddə saxlanılmışdı.