Ermənistan ordusunun daha bir hərbçisi öldü


Ermənistanın Qeqarkunik vilayətində “Mercedes” markalı avtomobilin Sevan gölünə (Göyçə gölünə) düşməsi nəticəsində hərbçi ölüb.

Yeniavaz.com “report”a istinadla xəbər verir ki, hadisə Sovaqyux-Şorja-Vardenis avtomobil yolunun 53-cü km-liyində baş verib.

Qəza nəticəsində ölən sürücü 32 yaşlı hərbçi, Sünik sakini Nune Avetisyandır.

Qeyd edək ki, sentyabrın 16-da Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan ordusunun hərbçisi Ovik Tamazyan da ölüb.

DİGƏR XƏBƏRLƏR

Top