Bakıda maşından qumbara tapıldı


Abşeron rayon sakini E.Əliyevin maşınından “F-1” qumbarası tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini E.Əliyevin idarə etdiyi “TOFAŞ” markalı avtomobildən “F-1” qumbarası aşkar edilərək götürülüb. Faktla bağlı təhqiqat aparılır .

DİGƏR XƏBƏRLƏR

Top