Rusiya viza almaq qaydalarını dəyişdirdi


Rusiya xarici vətəndaşların ölkəyə giriş qaydalarını dəyişdirdi.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, Rusiya hökuməti xarici vətəndaşlar üçün Rusiyaya giriş prosedurunu sadələşdirib.
Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin Nazirlər Kabinetinin iclasında məlumat verib. Yeni qaydalara əsasən yaxın qohumları Rusiya vətəndaşı olan əcnəbilər viza üçün sadələşdirilmiş qaydada müraciət edə biləcəklər. Həyat yoldaşı, valideynlər, övladlar, qardaşlar, bacılar, babalar, nənələr və nəvələr yaxın qohum hesab ediləcək.
Bu cür qohumları olan şəxslər bir ilə qədər qüvvədə olan uzunmüddətli xüsusi viza ala biləcəklər. Bunun üçün yaxın qohum tərəfindən sadə bir yazılı müraciət tələb edilir.

DİGƏR XƏBƏRLƏR

Top