Tramp rəsmən elan etdi: "Növbədə Səudiyyə Ərəbistan var"


ABŞ prezidenti Donald Tramp, İsraillə ərəb ölkələri arasında münasibətlərin yaxınlaşması üçün növbədəki ölkənin Səudiyyə Ərəbistanı olduğunu bildirib. 

Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, bu fikri o, jurnalistlərin "Səudiyyə Ərəbistanının da İsraillə münasibətləri normallaşdıracağını gözləyirsinizmi?" sualına cavab olaraq səsləndirib.

Tramp həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı kralıyla telefon vasitəsi ilə danışıb və münasib vaxtda onlarla da razılaşma olacaq.
Hətta Tramp 5 və ya 6 ölkənin daha İsraillə münasibətlərinin normalaşması üçün razılığa gələ biləcəyini vurğulayıb. Bunlardan da bəzilərinin ABŞ-dakı prezident seçkilərindən qabaq baş verə biləcəyini qeyd edib.
Müqavilənin imzalanmasından bir neçə saat sonra Səudiyyə Ərəbistanı tərəfindən yazılı açıqlama yayımlanıb. Açıqlamada onların Fələstinin yanında olduqları və məsələyə ədalətlə yanaşılması tərəfdarı olduqları bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top