Netanyahu: “Bu gün tarixin dönüm nöqtəsidir”


"Bu gün tarixin dönüm nöqtəsidir, ABŞ prezidenti, mən sizə təşəkkür edirəm".
Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, bu sözləri, müqavilə imzalanmamışdan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evin qarşısında açıqlama verərkən səsləndirib. Onunla yanaşı Donald Tramp, BƏƏ-nin Xarici işlər naziri Abdullah bin Zayəd əl Nahya və Bəhreynin Xarici işlər naziri Əbdüllətif əl Zəyani də çıxış edib.
ABŞ prezidenti öz çıxışında BƏƏ, İsrail və Bəhreynin atdığı addımı digər ölkələrin də təqib edəcəyi fikrini irəli sürüb.
İsrail tərəfi sözügedən müqaviləyə tək münasibətlərin yaxşılaşdırılması kimi deyil, həm də Fələstinə məhəl qoyulmaması kimi qiymətlənidirir.
Qeyd edək ki, bu müqavilənin imzalanmasına Fələstin, Qatar və İrandan mənfi münasibət göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top