Yunanıstanda əsgərlik müddəti uzadılacaq


Şərqi Aralıq və Egey dənizində Türkiyəyə qarşı provokasiya xarakterli fəaliyyətlər həyata keçirən Yunanıstan hərbi xidmət müddətini 9 aydan 12 aya qədər artırır.
Yeniavaz.com
“DHA”ya istinadən xəbər verir ki, məlumat Yunanıstanın Baş naziri Kiryakos Miçotakis tərəfindən elan edilib. O bu dəyişikliyi Selanikdə təşkil olunan mətbuat konfransında açıqlayıb. Bundan başqa Miçotakis, açıqlamasında, ölkədə məcburi hərbi xidmət yaşının 18 olmasını planlaşdırdıqlarını qeyd edib.
Yunan mətbuatında çıxış edən təqaüdçü general-leytenant Yannis Baltzois, hərbi xidmət müddətinin artırılmasını hazırkı şərtlərə görə, çox zəruri olduğunu deyib. General-leytenant bununla təxminən ordu sıralarının 25-30 faiz nisbətində artacağını və hərbi kadr çatışmazlığının tamamlanacağını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top