Prezident general-polkovniki təltif etdi – SƏRƏNCAM


Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Axundovla bağlı sərəncam imzalayıb. 

Yeniavaz.com xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov “Şöhrət” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, general-polkovnik, Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi Vaqif Axundovun bu gün 70 yaşı tamam olur. 

DİGƏR XƏBƏRLƏR

Top