İsrail Qəzzada Həmasa aid nöqtələri vurdu

 
İsrail ordusu Qəzzada Həmasa aid olan 10 nöqtəyə zərbə endirib. 
Yeniavaz.com “Sputnik”ə istinadən xəbər verir ki, məlumat İsrail ordusuna məxsus “Twitter” hesabında yayılıb. Məlumatda, partlayıcı maddələr və döyüş materiallarının istehsal olunduğu atelye və raket sınaqlarının keçirildiyi bir qərargah da daxil olmaqla, Həmasa aid nöqtələrin İsrail döyüş təyyarələri tərəfindən vurulduğu ifadə edilib.
Hücumun ötən gün Qəzzadan İsrailə atılan raketli hücum səbəbindən həyata keçirildiyi deyilir. İsrail ordusu, hücum vaxtı Qəzzadan İsrailə 13 raket atıldığını qeyd edib. Onlardan 8-i zərərsizləşdirilib.
İsrailə edilmiş raketli hücumun məsuliyyətini İslami Cihadın hərbi qanadı olan Qüds Seriyləri öz üzərinə götürüb.
Hücum nəticəsində heç bir insan tələfatı olmadığı deyilir.
Qeyd edək ki, İsrail ordusu yazılı açıqlamasında, İsrail tərəfinə raketlərin Ağ Evdə İsrail, BƏƏ və Bəhreyn arasındakı münasibətlərin normallaşdırılması üçün razılaşmaların imzalandığı anlarda həyata keçirildiyi bildirib. Hücum zamanı nəticəsində iki nəfərin yaralandığı açıqlanıb.

DİGƏR XƏBƏRLƏR

Top