Türkiyənin ilk milli uçan avtomobili “Cezeri” sınaq uçuşlarını müvəffəqiyyətlə tamamlayıb.
Yeniavaz.com xəbər verir ki, avtomobil "Baykar" şirkəti tərəfindən türk mühəndislərin dizaynı ilə təsis edilib. Layihənin sınaq uçuşları "Baykar"ın texniki müdiri Səlçuq Bayraqdarın rəhbərliyi ilə 11 sentyabrda həyata keçirilib.
İlk sınaqlarda “Cezeri” təhlükəsizlik iplərinə bağlanıb. Növbəti dəfə gecə uçuşları zamanı isə təhlükəsizlik iplərindən istifadə olunmayıb.
Baykar Milli SİHA Ar-Ge və İstehsal mərkəzinin həyata keçirdiyi ikinci sınaq uçuşunda “Cezeri” uçan avtomobili yerdən 10 metr yüksəyə qalxıb.
Avtomobilin çəkisi 230 kiloqramdır. Avtomobilə kibernetika və robotexnika elminin qurucusu, Artuklu Sarayının baş mühəndisi cizrəli müsəlman elm adamı əl Cəzarinin adı verilib.
“Cezeri”nin uçuşu 1,5 il ərzində həyata keçirilib.
Geleceğin yarışlarına hazır olmak için milli ve özgün olarak geliştirdiğimiz #CEZERİ Uçan Araba ilk uçuşunu tamamladı. 👍#MilliTeknolojiHamlesi ✈️🚙🌍🇹🇷 pic.twitter.com/nn9IVaXloV
— BAYKAR (@Baykar_Savunma) September 15, 2020