"Biz nə vaxta qədər belə olacağıq?" – Seyran Səxavət


"Əlbəttə, bu 102 il bundan öncə olsa da, qoy sən də, mən də, elə bizim bütün xalqımız da hesab etsin ki, bu dünən olub. Həm unutqanlıq olmasın, həm də o cür şeylər yada düşəndə xalq həmişə güclü olur".

Yeniavaz.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı Bakının işğaldan azad edilməsində iştirak edən türk ordusunun ruhu qarşısında baş əydiyini bildirib:

"15 sentyabr tarixini təkrarlamaq üçün türk qardaşlarımız gəliblər. Əlbəttə, bu 102 il bundan öncə olsa da, qoy sən də, mən də, elə bizim bütün xalqımız da hesab etsin ki, bu dünən olub. Həm unutqanlıq olmasın, həm də o cür şeylər yada düşəndə xalq həmişə güclü olur. Bu çox yaxşıdır, gözəldir. Mən Nuru Paşanın başçılığı ilə Bakıya gələn həmin döyüşçülərin hamısının ruhu qarşısında baş əyirəm və özümüzünkilərə də deyirəm ki, a bala, elə 100 ildən bir türklər gəlib bizi dəstəkləyib istəyimizə çatdıracaqlar, bəs biz özümüz nə vaxt qeyrətə gələcəyik? 

Ümumiyyətlə, mən istəmirəm ki, kiməsə ümid olaq, hətta qardaşımıza da. Ruslarda bir söz var, deyir ki, "mamenni snoçik", yəni "ana uşağı". Biz nə vaxta qədər belə olacağıq? Ağır da olsa, belə bir gündə biz elə yüz il bundan qabaq hardaydıqsa, elə indi də ordayıq, heç yüz millimetr irəli getməmişik. Yenə həmin erməni-müsəlman problemi yerində qalır. Ümumiyyətlə, arzu edirəm ki, elə bir problemimiz olmasın ki, kimsə bizə köməyə gəlsin. Amma köməyə gələnlərə həmişə eşq olsun".

DİGƏR XƏBƏRLƏR

Top