Azərbaycan süni tənəffüs cihazına qoşulan koronaviruslu xəstələrin sayı – STATİSTİKA


Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Yeniavaz.com Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən bildirir ki, hazırda reanimasiya şöbələrində 111 nəfər müalicə alır. Xəstələrdən 10-u süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1953 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top