Bu rayonda 100 kv. metr sahəsi olan klubu 1500 manata satırlar – Bir ildir heç kim almır – SİYAHI


Bu ilin sentyabr ayının 22-də baş tutacaq növbəti hərracda şəhər və kəndlərdə mövcud olan bir-sıra mədəniyət klublar satışa çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, əvvəlki hərraclarda olduğu kimi bu dəfə də satışa çıxarılan obyektlərin qiyməti real bazar qiymətlərindən aşağıdır. Məsələn, Xaçmaz rayonunun Mollaburhan kəndində yerləşən 100,2 kv. metr sahəsi olan kənd klubu 157,5 kv. metr özəlləşdirilmiş torpaq sahəsilə birgə 1500 manata satışa çıxarılıb. Yaxud, Qusar rayonunun Uğur kəndində yerləşən 332,4 kv. metr sahəsi olan kənd klubu 734 kv. metr özəlləşdirilmiş torpaq sahəsilə birgə 6000 manata satışa çıxarılıb. Qeyd edək ki, bu klubda hazırda 3 nəfər işçi çalışır.  
Keçiriləcək hərracla bağlı maraqlı məqam odur ki, Alıcqışlaq kənd klubu, Bərgüşad kənd Mədəniyyət evi, Mollaburhan kənd klubu və Uğur kənd klubu ötən ilin iyul ayının 2-də də hərraca çıxarıldığı halda, bu ilin sentyabr ayının 22-də baş tutacaq hərracda “təkrar hərrac” barədə heç bir qeyd yoxdur. Eyni zamanda qiymətlər də ötənilki səviyyədə saxlanılıb.
Aşağıdakı cədvəldə sentyabr ayının 22-də satışa çıxarılacaq klubların, mədəniyyət evlərinin siyahısını tədim edirik.
Obyektin
adı
Yerləşdiyi
ərazi
Obyektin
sahəsi
Torpağın
sahəsi
Satış
qiyməti
Alıcqışlaq kənd klubu Xaçmaz rayonu, Alıcqışlaq kəndi 260,7  kv. m 296 kv. m 5 000 azn
Bərgüşad kənd Mədəniyyət evi Ucar rayonu, Bərgüşad kəndi 310,0 kv. m 477,2 kv. m 7 500 azn
Mollaburhan kənd klubu
 
Xaçmaz rayonu, Mollaburhan kəndi 100,2 kv. m 157,5 kv. m 1 500 azn
Sərkərli kənd klubu Xaçmaz rayonu, Sərkərli kəndi 66,1 kv. m 1021,2 kv. m 2 250 azn
Avaranqışlaq kənd klubu Qusar rayonu, Avaranqışlaq kəndi 85,4 kv. m 2075 kv. m 7 000 azn
Uğur kənd klubu Qusar rayonu, Uğur kəndi 332,4 kv. m 734 kv. m 6 000 azn
Yuxarı Aran qəsəbə Mədəniyyət evi Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsi 754,4 kv. m 3483 kv. m 20 000 azn
Milabad qəsəbə Mədəniyyət evi Beyləqan rayonu, Milabad qəsəbəsi 929,8 kv. m 2 948 kv. m 21 000 azn
Şənlik kənd klubu Ağcabədi rayonu, Şənlik kəndi 611,9 kv. m 5737,9 kv. m 30 000 azn
Qoxmuq istirahət zonası Şəki rayonu, Qoxmuq kəndi 317,4 kv. m 2 867 kv. m 25 000 azn
 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top