Məktəblər bu qaydada fəaliyyət göstərəcək – VİDEO


Yeni tədris ilindən etibarən  şagirdlərin dərslərdə əyani formada iştirak etmələri üçün  təhsil müəssisələri yeni sanitariya və gigiyena qaydalarını tətbiq edəcəklər. 

Yeniavaz.com xəbər verir ki, məktəblərə giriş və çıxış zamanı şagird və müəllimlər arasında fiziki məsafənin saxlanılması üçün girişdə xüsusi işarələr qoyulub. Məktəbə daxil olan şagirdlərin təmassız termometr vasitəsilə hərarəti ölçüləcək və hərarəti normadan yüksək olan şagirdlər evə göndəriləcək. 

Məktəbin girişi və çıxışı spirt tərkibli məhlullarla təmin edilib. Şagirdlər məktəbə daxil olarkən onların  müsəsisə daxilində sosial məsafə saxlamalarına nəzarət olunacaq. Xəstəlik şübhəsi olan şəxs tibb otağında müaynə ediləcək və karantin otağına yerləşdiriləcək. Zərurət yaranarsa, təcili tibbi yardıma müraciət ediləcək. 

Siniflərdə partalar ara məsafəsi ilə yerləşdirilib. Müəllimlər tibbi maskadan istifadə edəcək. Şagirdlərin maskadan istifadəsi isə valideynlərin seçiminə verilir. Həmçinin yeni qaydalara görə, idman və akt zallarından, kitabxana və yeməkxanalardan istifadə dayandırılır.

 

 

DİGƏR XƏBƏRLƏR

Top