Azərbaycanda orta aylıq əməkhaqqı bir qədər də azaldı – RƏSMİ


Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 715 manat 40 qəpik olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki dövrlə müqayisədə 4 manat 60 qəpik azalıb. Belə ki, bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 720 manat olub.
Məlumat üçün bildirək ki, bu ilin mart ayından sonra Azərbaycanda orta aylıq nominal əməkhaqqı davamlı olaraq azalır.
Orta aylıq əməkhaqqı 2020-ci ilin ilk 7 ayı ərzində belə olub:
Yanvar – 712,1 manat
Yanvar-Fevral – 712,3 manat
Yanvar-Mart – 744,5 manat
Yanvar-Aprel – 736,2 manat
Yanvar-May – 728,9 manat
Yanvar-İyun –720 manat
Yanvar-İyul – 715,4 manat

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top