Bu il hara nə qədər pul xərclədiyimiz AÇIQLANDI


Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq, o cümlədən 13,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,3% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.
2020-ci ilin və 2019-cu ilin yanvar-avqust aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsait aşağıdaki kimi olub:
  2020 Yanvar-Avqust 2019 Yanvar-Avqust
Ərzaq məhsulları 12 milyard 14,7 milyon manat 11 milyard 78,3 milyon manat
İçkilər və tütün məmulatları 1 milyard 273 milyon manat 1 milyard 139,8 milyon manat
Toxuculuq məhsulları, geyim və ayaqqabılar 3 milyard 593,5 milyon manat 4 milyard 343,8 milyon manat
Elektrik malları və mebellər 1 milyard 358,7 milyon manat 1 milyard 471,8 milyon manat
Avtomobil benzini və dizel yanacağı 1 milyard 331 milyon manat 1 milyard 337,7 milyon manat
Əczaçılıq məhsulları və tibbi ləvazimatlar 439,6 milyon manat 317,7 milyon manat
 
2020-ci ilin yanvar-avqust aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 308,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 166,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq malları alıb.  
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top