Mingəçevirdə ər arvadını ürəyindən bıçaqladı


Mingəçevirdə qadın əri tərəfindən ürəyindən bıçaqlanıb.

Yeniavaz.com xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti 21 ünvanında yerləşən aptekdə işləyən 1980-ci il təvəllüdlü Könül Mirzəliyevanı əri iş yerində ürək nahiyəsindən bıçaqlayıb və hadisə yerindən qaçıb.
Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayətkar yaxalanıb. Hadisəyə səbəb cütlüklərin boşanma ərəfəsində olması ilə uşaq üstündə düşən mübahisələri olub.
Qadın xəstəxanaya çatdırılıb, xəstəxanadan verilən məlumata görə qadının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top