Dəmir bədən üçün vacib minerallardan biridir. Dəmir çatışmazlığı yorğunluq, halsızlıq, əsəbilik və baş ağrısı kimi problemlərə səbəb olur. Bədəndə dəmir çatışmadıqda qidalar vasitəsilə bunu bərpa etmək mümkündür. Bəs dəmir çatışmazlığının əlamətləri hansılardır və bunun üçün hansı qidaları yemək lazımdır?
Yeniavaz.com sözügedən qidaları təqdim edir:
Dəmir çatışmazlığının əlamətləri:
- Yorğunluq və enerji çatışmazlığı;
- Diqqət pozuntusu;
- Baş ağrısı;
- Başgicəllənmə;
- Əsəbilik;
- İmmunitet sistemindəki zəiflik;
- Ürək döyüntüsü və nəfəs darlığı;
- Solğun dəri və dırnaqlarda kövrəklik;
- Torpaq, əhəng və buz kimi maddələri yemək arzusu;
- Dildə dad tumurcuqlarının itməsi.
Hansı qidaları yeməli?
Dəmir mineralı ərik, kişmiş qurusu, qırmızı ət, bəkməz, taxıl, yumurta, kələm, lobya, çuğundur, kartof, fındıq, badam, şaftalı, armud, xurma, balqabaq və balıqda daha çoxdur. Bu qidaların istehlakı bədənin dəmir ehtiyacını qarşılayacaqdır.