
“Bu Şəhərdə” kollektivi bu dəfə sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovu parodiya edib.
Yeniavaz.com xəbər verir ki, atyorlar - Əməkdar artist Coşqun Rəhimovla, Rafael İsgəndərov “Elmar Məmmədyarov karantində” adlı video ərsəyə gətiriblər. Belə ki, Rafael İsgəndərov ənənəyə sadiq qalaraq tamada, Coşqun Rəhimov isə sabiq nazirin obrazını canlandırıblar. Səhnəcikdə maraqlı məqamlardan biri də E.Məmmədyarovun adlarını sadaladağı dostları olub. Belə ki, o, sabiq Nəqliyyat naziri Ziya Məmmədov, keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, sabiq Mədəniyyət və İncəsənət naziri Əbülfəz Qarayev, sabiq Müdafiə naziri Səfər Əbiyev, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənov və Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini Hacıbala Abutalıbovun adlarını çəkib.
Sözügedən videonu təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz