Tibbi maskaların insanda allergiyaya səbəb olmasına qarşı 6 TÖVSİYƏ


Koronavirus pandemiyasının yayılması ilə tibbi maskalardan istifadə kütləvi hal alıb. Ancaq, tibbi maskalar insan orqanizmində müxtəlif problemlərə yol aça bilir.
Yeniavaz.com
“CNN Türk”ə istinadən xəbər verir ki, dermatoloji xəstəliklər üzrə türkiyəli mütəxəssis Prof. Dr. İqbal Əsən Aydıngöz təqdim olunan növbənöv, maskaların insanlarda allergiyaya səbəb olan problemlərindən danışıb:
"Maskaların hazırlanmasında istifadə edilən təbii və ya sintetik məhsulların tərkibindəki boyalar, boyanın axmasına mane olan kimyəvi və yapışdırıcı maddələr insanlarda qıcıqlanma və allergiyaya səbəb ola bilər”.
Mütəxəssisin sözlərinə görə maskalardan istifadə zamanı dəridə yaranan allergik problemləri müəyyən etmək çətin deyil:
“Qıcıqlandırıcı maddələr demək olar ki, hər kəsin dərisində qızarıqlıq əmələ gətirə bilər. Əslində isə allergik proseslər yalnız allergiyaya həssas şəxslərdə baş verir. Maska istifadəçilərində allergen maddə ilə təmas nəticəsində güclü qaşınma, qızartı və hətta su ilə dolmuş qabarcıqlar meydana gətirə bilər”.
Həkim Aydıngöz, allergen problemlərin qarşısını almaq üçün 6 tövsiyə verib:
1. İlk növbədə dərinizdə reaksiya yaradan maskanı fərqli bir məhsulla əvəz edin.
2. Maskanızın görüntüsündən çox keyfiyyətinə diqqət edin. Naxışına, görünüşünə baxaraq maska seçməyin.
3. Maskanın qoruyucu ola bilməsi üçün üzə kip şəkildə oturması lazımdır. Əgər maskadan uzun müddət istifadə edirsinizsə, tərləmə və nəmlənmə yaranacaq, bunun baş verməməsi üçün maskanı dəyişdirməyiniz faydalı olar.
4. Gün boyunca üzdə toplanan tər və yağı dəridən təmizləmək lazımdır. Bunun üçün üzünüzü ilıq su ilə yuyun. Eləcə də tərkibi yumuşaldılmış yağ təmizləyicilərdən (yağ həlledici) istifadə edin. Bu prosesdən sonra mütləq üzü durulayın.
5. Dəridə qızartı və gərginlik varsa, gündə iki dəfə ətirsiz, tərkibində seramid və hialuron turşusu olan nəmləndiricilərdən istifadə edin.
6. Yanma və qaşıntı keçmirsə, əksinə yayılarsa, müalicə qaçınılmaz ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top