Mədəniyyət Nazirliyindən film çəkilişlərinin həyata keçirilməsi ilə bağlı AÇIQLAMA


“Sanitar-epidemioloji tələblərə əməl etmək və sosial məsafəni gözləməklə film çəkilişlərinin həyata keçirilməsinə başlanılıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna Mədəniyyət  Nazirliyindən cavab verilib.
Məlumatda qeyd olunur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunub, o cümlədən, insanların kütləvi toplaşması ilə müşahidə olunun sahələrin fəaliyyəti dayandırılıb: “Sözügedən qərarlarda konkret olaraq kino istehsalı ilə bağlı məsələ qeyd edilməsə də, digər sahələrlə yanaşı, kino çəkilişlərində də bir çox insanların toplaşması zərurəti olduğuna görə ölkədə bu istiqamətdə də işlər saxlanılmışdı. Operativ Qərargah tərəfindən həyata keçirilən yumşalma tədbirlərinə və bir çox qadağaların aradan qaldırılmasına uyğun olaraq, sanitar-epidemioloji tələblərə əməl etmək və sosial məsafəni gözləməklə film çəkilişlərinin həyata keçirilməsinə başlanılıb”.

DİGƏR XƏBƏRLƏR

Top