Həkim-radioloq Aydın Əliyev: "Heç utanırsız? Az da olsa vicdanınız varmı?"


"Bu gün avqust ayının 18-dir! Koronavirusla mübarizə aparan fədakar tibb işçiləri hələ iyul ayının maaşını almayıblar!"

Yeniavaz.com xəbər verir ki, bu sözləri feysbuk hesabında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev yazıb. Aydın Əliyev sözünə belə davam edib: "Maaşları verən kimdir bilmirəm amma onlara demək istiyirəm ki, heç utanırsız??? Az da olsa vicdanınız varmı??? Bu qədər də insafsızlıq olar??? Necə olur ki, aylardır işləməyən universitet maaşları verir! Siz cənab prezidentin ayırdığı milyardlarla vəsaitdən bu fədakar insanların əmək haqqlarını vermirsiz!!! Hər gün qürurla elan etdiyiniz 200-300 sağalan xəstələri həmən o əmək haqqlarını vermədiyiniz fədakar tibb işçiləri müayinə və müalicə edir! Ayıb olsun sizə! Çox ayıb! Söz tapmıram deməyə!"

DİGƏR XƏBƏRLƏR

Top