Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasındakı telefon danışığının təfərrüatı məlum olub.
Yeniavaz.com “ria.ru” ya istinadla xəbər verir ki, telefon danışığı zamanı prezidentlər yaranmış problemlərin tezliklə həll olunacağına inandıqlarını bildiriblər.
Prezidentlər Rusiya və Belarus xalqlarının təməl maraqlarına tam cavab verən müttəfiq münasibətləri gücləndirmək istəyini təsdiqləyiblər. Hər iki lider dövlət daxilində iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığına xələl gətirməyə çalışan dağıdıcı qüvvələrin bu problemlərdən faydalanmaması istiqamətinə işlər görüləcəyini qeyd ediblərr.
*15:08
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
Yeniavaz.com “ria.ru” ya istinadla xəbər verir ki, Putin və Lukaşenko telefon danışığı zamanı Belarusdakı son vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, Lukaşenko bundan əvvəl, ölkəyə təcavüzün getdikcə artdığını bildirmişdi.
Xatırladaq ki, Belarusda keçirilən 9 avqust prezident seçkilərindən sonra hökumət əleyhinə etiraz aksiyaları başlayıb və bu günə qədər davam edir.