Belarus prezidenti Aleksandr Lukaşenko ölkədəki etirazlardan danışıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Lukaşenko Belarusdakı hökumət əleyhinə aksiyaların xaricdən idarə edildiyini və kriminal ünsürlərin burada yaxından iştirak etdiyini bildirib:
“Bu gün biz nəyin baş verdiyini tamamilə aydın görə bilərik. Biz aktyorları da yaxşı görürük. Əvvəldən dediyimiz kimi bu hadisələrin təşəbbüskarı xaricdən gələn insanlardır. Etirazların təşkilində ilk sırada duranlar cinayət keçmişi olan kriminal ünsürlərdir. Xalqımız bütün baş verənləri görür”.