Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 14-nə olan statistik göstəriciləri açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 969 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 820 002  test aparılıb. İndiyədək   504  nəfər COVID-19-dan dünyasını dəyişib, 31 490  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 024 nəfərdir. Hazırda 197  nəfər reanimasiyada müalicə alır. 37 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 103  yoluxma, 221 sağalma faktı qeydə alınıb, 4 nəfər dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top