Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Bəkir Sarıyev Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, B.Sarıyev həmin idarənin rəis müavini vəzifəsində xidmət edib.

Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən təsdiqləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top