Beyrut partlayışı səbəbilə ölənlərin sayı artdı


Livanın paytaxtı Beyrutda baş verən partlayış səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Beyrut partlayışında ölənlərin sayı 178-ə çatıb. Verilən məlumatlara görə, yaralıların sayı 6 minə yaxındır, 30 nəfər isə hələ də itkindir.
Qeyd edək ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş vermişdi. İlkin məlumatlara görə, partlayışa 2700 ton ammonium nitrat maddəsinin səbəb olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top