Lukaşenko zavodlardakı tətildən danışdı: "2 gün belə davam etsə..."


Belarus prezidenti ölkədəki vəziyyət barədə açıqlama verib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Lukaşenko ölkədəki tətillərin ciddi zərərlər verə biləcəyini bildirib: “Əgər zavodlardakı tətillər 2 gün belə davam etsə ölkə ixrac qazancını itirəcək. Bu, Kanada, Rusiya və ABŞ-a xeyir verəcəkdir və bizim bazaralara onlar daxil olacaqlar. Artıq bu gün 10 traktor istehsal etməyəcəksiniz. Sabah almanlar amerikalılara birlikdə olacaq, ruslar artıq öz avadanlıqlarını gətirəcəklər”.
Lukaşenko çıxışı zamanı həmçinin haqqında “ölkədən gedib” xəbərləri barədə də danışıb: “Mən hələ yaşayıram, xaricdə deyiləm, öz ölkəmdəyəm”.

DİGƏR XƏBƏRLƏR

Top