ABŞ Müdafiə Nazirliyi UNO-ları araşdırmaq üçün rəsmi şəkildə hərəkətə keçdi


ABŞ Müdafiə Nazirliyi uçan naməlum obyektlərin(UNO) araşdırmasına başlayır.
Yeniavaz.com
CNN-ə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri pilotlarının qarşılaşdığı naməlum uçan obyektləri araşdırmaq üçün işçi qrupu hazırlamaq qərarına gəlib. Xəbərdə bildirir ki, iyul ayında UNO-larla bağlı məlumatlar ABŞ Konqresinə təqdim edilib. Verilən məlumatlarda UNO-ların bəzi ölkələr tərəfindən ortaya atılan kəşfiyyat vasitəsi ola biləcəyi istisna edilməyib.
Xatırladaq ki, ABŞ İkinci Dünya Müharibəsindən sonrakı illər ərzində UNO-ları öyrənmək üçün müxtəlif səviyyələrdə bir neçə fərqli qrup hazırlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top