Avropa ölkələrində benzinin qiymət – TAM SİYAHI + QİYMƏTLƏR


Azərbaycan “Aİ-95” ("Premium") markalı benzinin qiymətinə görə Avropa ölkələri arasında 4-cü sırada qərarlaşıb.
Yeniavaz.com
 məşhur "autotraveler" saytına istinadən xəbər verir ki, avropa ölkələri arasında “Aİ-95 markalı benzinin ən ucuz satıldığı ölkə Rusiyadır. Rusiyada “Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 0,50 avro (1 manat) təşkil edir.
Avropa ölkələri arasında 4-cü sırada olan Azərbaycanda ötən ayın əvvəlindən etibarən “Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 10 qəpik bahalanaraq 1 manat 20 qəpiyə (0,60 avro) satılır.
Avropada benzinin Azərbaycandan ucuz olduğu daha 2 ölkə var: Ermənistan və Gürcüstan. “Aİ-95 markalı benzinin 1 litri Gürcüstanda 0,55 avro, Ermənistanda isə 0,59 avroya bərabərdir.
Avropa ölkələrində Aİ-95 markalı benzinin qiyməti aşağıdaki kimidir:
Rusiya – 0,52 avro
Gürcüstan – 0,55 avro
Ermənistan – 0,59 avro
Azərbaycan – 0,60 avro
Belarus – 0,62 avro
Ukrayna – 0,70 avro
Türkiyə - 0,77 avro
Moldova – 0,80 avro
Rumıniya – 0,87 avro
Bolqarıstan – 0,92 avro
Bosniya və Herseqovina – 0,93 avro
Şimali Makedoniya – 0,97 avro
Polşa – 0,99 avro
Sloveniya – 1 avro
Andorra – 1,02 avro
Litva – 1,04 avro
Çexiya – 1,05 avro
Macarıstan – 1,05 avro
Avstriya – 1,06 avro
Lüksemburq – 1,07 avro
Kipr – 1,08 avro
Latviya – 1,08 avro
Monteneqro – 1,13 avro
Sebiya – 1,14 avro
İspaniya – 1,16 avro
Slovakiya – 1,17 avro
Xorvatiya – 1,21 avro
Estoniya – 1,26 avro
İrlandiya – 1,26 avro
Böyük Britaniya – 1,26 avro
Almaniya – 1,28 avro
İsveçrə - 1,31 avro
Fransa – 1,33 avro
Malta – 1,34 avro
Danimarka – 1,34 avro
Albaniya – 1,36 avro
Belçika – 1,36 avro
İslandiya – 1,37 avro
İsveç – 1,37 avro
Yunanıstan – 1,42 avro
İtaliya – 1,46 avro
Finlandiya – 1,47 avro
Portuqaliya – 1,49 avro
Norveç – 1,52 avro
Hollandiya – 1,66 avro

DİGƏR XƏBƏRLƏR

Top