Azərbaycanlı kriminal avtoritet Ukraynada öldürüldü - TƏFƏRRÜAT

Ukraynada paytaxt Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı zamanı mübahisə zəmnində baş verib.
Avqustun 10-da baş vermiş insident zamanı M. Hüseynov ürək nahiyədən aldığı bıçaq zərbəsindən yerindəcə ölüb.
Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçib.
Saxlanılanlar arasında Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü, əslən Astara rayonundan olan Ağayev Cavid adlı azərbaycanlı da var.

DİGƏR XƏBƏRLƏR

Top