Pompeo: "Belarusa qarşı sanksiyaların tətbiqi məsələsinə baxılacaq"


ABŞ-ın Dövlət katibi Mayk Pompeo Belarusda baş verən hadisələrdən danışıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Pompeo baş verən hadisələr səbəbilə Belarusa qarşı sanksiyaların tətbiqi məsələsinə baxılacağını bildirib: “Seçkilərdən olduqca narahat idik və səsvermənin azad və ədalətli olmadığından dərin məyus olduq. Hadisələrin bu şəkildə baş verdiyinə görə təəssüflənirik. Baş verənlərdən eyni dərəcədə narahat olan avropalı dostlarımızla birlikdə çalışacağıq. Həmin ölkəyə qarşı müxtəlif sanksiyaların tətbiqi məsələsi müzakirə ediləcək”.
Qeyd edək ki, avqust ayının 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra ölkədə hökumət əleyhinə etiraz aksiyaları başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top