Mingəçevirdə polis maska taxmayanlara qarşı reyd keçirib - FOTOLAR


Mingəçevirin polis əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq  qapalı məkanlarda növbəti  profilaktik tədbirlər keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu məqsədlə şəhərdə  nəqliyyat axınının və sərnişindaşımanın çox olduğu yerlərdə, avtodayanacaqlarda, qapalı məkanlarda reydlər aparılıb. Reyd zamanı şəhərdə fəaliyyət göstərən  bir neçə gözəllik salonlarında, apteklərdə, mağazalarda bəzi satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkar olunub. 
 Polis karantin qaydalarının pozulmaması ilə bağlı vətəndaşlara tövsiyələrini verib, qaydalara məhəl qoymayan, polisin qanunu tələblərinə riayət etməyənlərlə bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirib. Tibbi maskadan istifadə etməyən vətəndaşlar isə inzibati qaydada cərimələnib.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top